Moldovanın keçmiş prezidenti, rusyönümlü siyasətçi İqor Dodon hazırki prezident Maya Sandu barədə danışıb.

Unikal.org Moldova KİV-ə istinadən xəbər verir ki, Dodon bu barədə paytaxt Kişinyovda keçirdiyi mətbuat konfransında danışıb.

"Prezident kimi Sandunun fəaliyyətsizliyi böhrana səbəb olur. Maya Sandu Moldovanın prezidentidir və normal fəaliyyət göstərməlidir. Onun fəaliyyətsizliyi ölkədə siyasi böhran, konstitusion böhran və idarəetmə krizisi yaradır. Buna son vermək lazımdır", - deyə Dodon bəyan edib.