Qarabağdan Ermənistana silah daşıyan şəxs həbs olunub.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) məlumat yayıb. Əvvəlcə İrəvan sakini həbs edilib.

Şəbəkə Qarabağdan müxtəlif silahları Ermənistana keçirərək həmin şəxsin mənzilində saxlayırmış. Həmin silahlar 500-600 ABŞ dollarına satılıb. Mənzildə aparılan axtarış zamanı müxtəlif avtomatlar, patronlar və digər silah-sursat aşkar edilərək götürülüb. Şəbəkənin digər üzvləri axtarışdadır.