Ermənistanda daha bir istefa yaşanıb.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, Şirak əyalətinin qubernatoru Tiqran Petrosyan istefa ərizəsi yazıb. Səbəblər açıqlanmayıb.

Qeyd edək ki, bu gün Ermənistanın səhiyyə naziri Arsen Torosyanın da istefa verdiyi xəbəri yayılmışdı.