Rumıniya prezidenti Klaus Yohannes canlı yayımda koronavirus əleyhinə vaksinasiyadan keçib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, vaksinasiya prosesi "Doktor Karil Davil" adına hərbi hospitalda gerçəkləşdirilib. Prezidentin vaksin olunması zamanı "Pfizer/BioNTech" vaksinlərindən istifadə olunub.

Qeyd edilib ki, Rumıniya prezidenti ikinci vaksin dozasını 21 gün sonra qəbul etməlidir.