Dünyanın ən əhəmiyyətli yarışlarından biri sayılan Dakar Rallisinin 7-ci mərhələsində qəzaya uğrayararaq və komaya düşən Fransalı motosiklet sürücüsü Pierre Cherpin azarkeşlərini yasa boğub.
Unikal.org xəbər verir ki, qəzadan sonra 5 gün komada olan 52 yaşlı motoidmançı dünyasını dəyişib.
Bununla da 1979-cu ildən bəri Dakar Rallisində ölən pilotların sayı 75-ə çatıb.
Qeyd edək ki, həmin yarış Fransız pilot Stephane Peterhanselin qələbəsi ilə nəticələnmişdi.