Əsgərin ölümü: ictimai rezonansdan doğan konkret addımlar
13:54 15-01-2013
CƏMİYYƏT
Əsgərin ölümü: ictimai rezonansdan doğan konkret addımlar
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu əsgər Ceyhun Qubadovun ölümü və bu ətrafda dolaşan məlumatlarla bağlı bildirib ki, "Əsgər Ceyhun Qubadovun ölümü təkcə onun ailəsinin dərdi yox, eyni zamanda ordumuz üçün də ağır itkidir. Ürəyinə daş bağlayan adam yalnız bu bədbəxt hadisəni duya və üzüntünü qəlbində yaşada bilməz. Ona görə də bir əsgər olaraq Ceyhunun itkisinə həssaslıqla yanaşan bütün səmimi insanların daxili narahatlığını yaxından görür və hiss edirik".
Ölümlə bağlı Müdafiə Nazirliyi rəhbərliyinin ciddi ölçülər götürməsindən cəmiyyətin xəbərdar olduğunu qeyd edən E. Sabiroğlu Respublika Hərbi Prokurorluğunda araşdırma getdiyinə görə hadisə üzərində çox dayanmaq istəmədiyini vurğulayıb: "Ancaq böyük inamla bildirmək istərdik ki, aparılan obyektiv istintaq hər şeyə aydınlıq gətirəcək və ölüm işində təqsiri müəyyənləşdirilənlərin hamısı məsuliyyətə cəlb olunacaq.
Hazırda informasiya məkanı demək olar ki, yenə də öz yanaşmalarını ortaya qoymaqda davam edir. Buna heç pis də baxmırıq. Ancaq indi deyəcəklərim bütün mülahizələrə şamil edilməsə də, bəzilərinə aiddir. Bir çox sifarişli yazıların və hərəkətlərin arxasında maraqlı tərəflərin olduğu açıq-aşkar gözə girir. Təki səhv edək. Amma bunu görməmək sadəcə mümkün deyil. Sifarişçilərin hərəkətlərindən o da görsənir ki, onlar orduda "raskol" yaranmasında deyəsən, çox həvəslidirlər. Lakin bir gerçək amili unudurlar ki, Azərbaycanın Silahlı Qüvvələrinin başında qətiyyətli və uzaqgörən bir dövlət rəhbərinin - Ali Baş Komandanımız, möhtərəm prezident İlham Əliyevin dayandığı bir zamanda bu cür riyakar məqsədlərin həyata keçmə əmsalı sıfıra bərabərdir".
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin sözlərinə görə, "Ortada yenə də fakt var - ölüm faktı. Və bu fakt vətənin təhlükəsizliyi ilə bağlı olduğu üçün, təbii ki, bu qədər geniş ictimai rezonans doğurub. Artıq müfaviq qurumlar sözügedən cinayət işi ilə bağlı konkret addımlar atmağa başlayıb, həbs edilənlər var. Bununla belə, hesab edirəm ki, ölümdən ictimai-siyasi effekt üçün istifadə etməyə çalışmaq yarıtmaz addımdır. Biz bununla həm də düşmənin dəyirmanına su tökmüş oluruq. Azərbaycanı həmişə qara rəngdə görməyə və bu rəngdə də təqdim etməyə çalışan xarici dairələrin bu vəziyyətdən yararlanmağa çalışacaqları şübhəsizdir. Azərbaycanın indiki həssas vəziyyətində xüsusən diqqətli olmalı və bu cür dəstavüzlərin yaranmasına imkan verməməliyik".
Partiya sədrinin sözlərinə görə, "Qeyd etməliyəm ki, əsgərin ölümü və bu hadisə ətrafında yaranmış ajiotaj göstərir ki, Müdafiə Nazirliyi vətnimizi qoruyan əsgərlərin həyatına və taleyinə diqqəti artırmalı, qayğı çoxalmalıdır. Fikrimcə, bu hadisə Müdafiə Nazirliyi üçün olduqca ciddi siqnaldır və nazirliyin rəhbərləri özləri üçün müvafiq nəticələr çıxarmalıdırlar".
Ziyalı Rəhman Hacıyevin sözlərinə görə, "Cinayət işinin istintaqı zamanı Ceyhun Qubadovun xidmət etdiyi hərbi hissədə artıq intizam pozuntuları aşkar edilib. Şəmkir hərbi birləşməsinin bir sıra yüksək rütbəli zabitləri yol verilən səhvlərə və şəxsi heyətə nəzarətin düzgün şəkildə təşkil olunmamasına görə ciddi şəkildə cəzalandırıldılar. Bununla yanaşı, Müdafiə Nazirliyindən məlumat da daxil oldu ki, hadisə ilə əlaqədar ən sərt hökmlərin çıxarılmasından rütbələrin azaldılmasına qədər müxtəlif cəza tədbirləri tətbiq olunub, bir sıra zabitlər isə tutduqları vəzifələrdən azad ediliblər. Bu, ona əminlik yaradır ki, həlak olan əsgərin ailəsinin və onu dəstəkləyən ictimaiyyətin çağırışı xüsusi nəzarətə götürülüb. Hakimiyyət ictimai ab-havaya operativ reaksiya nümayiş etdirməkdədir.
Bircə təəssüf doğuran odur ki, hətta bu məsələdə belə, gəncliyi təmsil edən bəzi şəxslər arasında fikri ayrılığı müşahidə edildi.
Hər zaman olduğu kimi, əsas problemi unudanlar arasında mübahisələr və öz şəxsi mövqeyini ifadə etmə üsulları ilə bağlı höcətləşmələr başladı. Kimisi mitinqin keçirilmə ideyasının özünü tənqid etdi, bu zaman da ölən əsgərin anasının istintaqa öz işini aparmağa imkan yaratmaq məqsədilə məsələni siyasiləşdirməməklə bağlı ictimaiyyətə etdiyi müraciəti əsas gətirdi.
Kimisi isə hətta Ceyhun Qubadovun anasını öz oğlunun xatirəsi ilə "bazarlıq etmək"də ittiham edə biləcək fikirlər səsləndirməkdən belə çəkinmədi".
Natiq
Digər Xəbərlər
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:25:42
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00
2024-12-28 17:15:00
2024-12-28 16:37:00
2024-12-28 16:27:21
2024-12-28 16:24:19
2024-12-28 16:18:00
2024-12-28 16:07:47
2024-12-28 16:03:34
2024-12-28 15:59:00
2024-12-28 15:56:23