Rusiyada son bir gündə daha 22 857 nəfərə COVID-19 diaqnozu qoyulub.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 3 591 066 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 471 nəfər artaraq 66 037-yə yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 2 978 764 nəfər sağalıb.