Böyük Britaniyanın xarici işlər naziri Dominik Raab Navalnının həbsinə münasibət bildirib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, D.Raab Rusiyanın bu addımını pisləyib.
"Navalnı alçaq bir cinayətin qurbanına çevrilib. Onun həbs edilməsi dəhşətverici xəbərdir. Günahsız olduğu üçün dərhal azad olunmalıdır. Rusiya Navalnını həbs etmək yerinə kimyəvi silahın Rusiyada necə ortaya çıxdığını açıqlasın", - deyə ingilis diplomat bəyan edib.