ABŞ Konqresinin binasında (Kapitoli) təhlükəsizlik tədbirləri gücləndirilib.
Unikal.org “NBC News”ə istinadən xəbər verir ki, yaxınlıqda baş verən yanğınla əlaqədar olaraq, Kapitoliyə aid bütün binalara giriş-çıxış müvəqqəti olaraq məhdudlaşdırılıb.
Konqresdən verilən açıqlamaya görə, binada olanlara qapı və pəncərələrdən uzaq durmaq məsləhət görülür.
Kapitoli polisi bildirilib ki, idarə əməkdaşlarına hadisənin araşdırıldığı müddətdə sığınacaqda qalmaq tövsiyə olunur.