Rusiyada müxalifətçi Aleksey Navalnının azadlığa buraxılması tələbilə razılaşdırılmamış etiraz aksiyaları keçirilib.

Unikal.org xəbər verir ki, aksiyalar paytaxt Moskva, Sankt-Peterburq, Kazan, Yekaterinburq, Novosibirsk və Krasnoyarsk şəhərlərində təşkil olunub.

Qanunsuz aksiyalar zamanı 4 mindən çox etirazçının saxlanıldığı bildirilir. Hələlik saxlanılan nümayişçilərlə bağlı rəsmi açıqlama verilməyib.
 

***13:34

Rusiyanın paytaxtı Moskvada icazəsiz aksiyada iştirak edənlər saxlanılıb.

Unikal.org  "RİA Novosti"yə istinadən xəbər verir ki, paytaxt metrostansiyalarından birinin yaxınlığında daha iki aksiya iştirakçısı saxlanılıb. Onlar şəxsi əşyaları yoxlanıldıqdan sonra avtobuslara mindirilərək polis tərəfindən aparılıb.

Vətəndaşlar yalnız ərazidə yaşadıqlarını və ya işlədiklərini təsdiqləyən sənədi təqdim etdikdən sonra mərkəzə doğru buraxılır.