Türkiyənin şərq bölgələrinə yağan güclü qar ciddi problemlər yaradıb. Şaxta səbəbindən su xətləri donub, elektrik naqilləri sıradan çıxıb.
Unikal.org xəbər verir ki, Ağrı bölgəsində 232 kəndlə nəqliyyat əlaqəsi kəsilib.
Ağrı-Van yolunda güclü qar uçqunu baş verib. Bölgədə qartəmizləmə işlərinə 78 ağır texnika və 91 nəfərlik heyət cəlb olunub.