Yaponiyanın nüfuzlu avtomobil istehsalçısı şirkətləri yarımkeçiricilərin çatışmaması səbəbindən istehsalı azaldır.
Unikal.org xəbər verir ki, Yaponiyanın Honda, Mazda, Toyota, Nissan və digər avtomobil istehsalı sahəsində tanınmış şirkətləri həm ölkə daxilində, həm də xaricdə yerləşən zavodlarında istehsalı ixtisara salmaq məcburiyyətində qalıb.
Bildirilir ki, Honda konserni Mie prefekturasındakı zavodunu 5 gün müddətinə dayandıracağını bəyan edib. Başa çatmaqda olan yanvar ayında şirkət İngiltərədə olan zavodunu artıq dayandırıb, ABŞ və Kanada da olan zavodlarında isə istehsalın həcmini azaldıb.
Bu ərəfədə Toyota şirkətinin ABŞ-da, Nissan şirkətinin isə Yaponiyada istehsalı azaltdığı bildirilir. Subaru şirkəti də yanvar ayında Qumma da yerləşən 3 zavodunda istehsalı dayandırıb.
Qeyd edək ki, yarımkeçiricilərin təchizatında yaranan problemin əsas səbəbi kimi koronavirus pandemiyasına görə avtomobil istehsalı sahəsində yaranmış güclü böhrandan sonra baş verən bərpa proseslərinin tələblərinə bu hissələri hazırlayan şirkətlərin cavab verə bilməməsi göstərilir.