Rusiyanın Xarici İşlər Nazirliyi ABŞ hökumətini rəsmi Moskvanın daxili işlərinə müdaxiləni dayandırmağa çağırıb.

Unikal.org  xəbər verir ki, bu barədə müvafiq açıqlama Xarici İşlər Nazirliyinin "Facebook" səhifəsində yayımlanıb.

Rusiya XİN ABŞ-ı Vaşinqtonun nəzarətində olan internet platformaları vasitəsilə insanları icazəsiz aksiyalara çağırmaqda günahlandırıb.