İsveç vətəndaşı Lisa Enroz pandemiya səbəbiylə kinoteatrlarda nümayiş olunmayacaq 60 filmi boş bir adadakı bir mayakdan izləyəcək.

Unikal.org xəbər verir ki,  "Goteborg"  film festivalı tərəfindən keçirilən yarışmada 12 min nəfər arasında qalib gələn Enroz 1 həftə ərzində filmləri bitirməlidir. 

Belə ki, Enroz Hamneskar adasındakı Pater Noster mayakında bir həftə boyunca telefon, kompüter, kitab və ya başqa bir əyləncə olmadan tək yaşayacaq. Lisa gündəlik həyatını 1 həftəlik bir müddətdə videolar çəkərək qeyd edəcək və bu video gündəliklərə festival menecerləri tərəfindən açılmış veb saytında yerləşdiriləcək.  

1 hafta boyunca ıssız adada 60 filmi tek başına izleyecek!