Koronavirusvirus  65 yaşdan yuxarı olan Altsheymer xəstələrinə mənfi təsir edib. Xəstələrin hərəkətsiz qalmasına və ictimai münasibətlərin azalmasına səbəb olub. 

Unikal.org  xəbər verir ki, pandemiyadan sonra Altsheymer xəstələrinin sayının artacağını söyləyən  Türkiyənin Nevrologiya Mütəxəssisi Prof. Dr. Özge Yılmaz Küsbeci, "Pandemiyada ən çox təsirlənən qruplardan biri Altsheymer xəstələri olub.  Xəstələrin ictimai aktivasiyası və məşqləri azalıb",- deyə ifadə edib.  

Həmçinin, həkim koronavirusdan sonra bizə müraciət edən xəstələrin sayı artacağını da qeyd edib: "Koronavirus beyinə ciddi ziyan vura bilər.  Təəssüf ki, Altsheymer xəstəliyi bu müddətdən sonra artacaq". 

Bundan əlavə  Altsheymer  xəstəliyinin yayılması barədə ədədi məlumatları bölüşən Dr. Küsbeci, "Altsheymer xəstəliyi 65 yaşdan sonra daha çox gördüyümüz bir nevroloji xəstəlikdir. Altsheymer xəstələri ilə 65 yaşından əvvəl də qarşılaşa bilərik. Bəlli yaşdan etibarən hər 100 nəfərdən 3-4-də Altsheymer xəstəliyi var. Əsas məğzi unutqanlıqdır. Son zamanda olanları, adları, tanış olduqları insanları unutmaq ilk tapıntılar sırasındadır. Təəssüf ki, koronavirus səbəbindən uzaq düşən qohumların, dostların unudulması məqbuldur. Bu səbəbdən xəstəliklərin sayı artacaqdır. Buna görə Altsheymer xəstəliyindən əziyyət çəkən tanışınız varsa, sosial qaydaları qorumaqla onlarla əlaqə yaradın, görüşün!", - deyə insanlara xəbərdarlıq edib.