Hindistanda hər kəsi dəhşətə gətirən qətl hadisəsi baş verib. 

Unikal.org xəbər verir ki, Hinduizm-polietizm dininə mənsub olan insanların əksəriyyətinin yaşadığı Hindistanda hər il "tanrılara bağlılıq" cinayətləri diqqət çəkir, son hadisə isə ölkədə gündəmə səbəb olub. 

Belə ki, evdən gələn səslər üzərinə qonşuların xəbərdarlığı ilə hadisə yerinə polis gəlib. Nəticədə polis qrupları bağlı qapı arxasında vəhşicəsinə öldürülmüş iki qadın cəsədi tapıb. 

Hadisəni araşdıran polislər qadınların Hindistanda tanınmış professorun qızları olduğunu təyin edib.  Belə ki, şübhəli qismində saxlanılan valideynlər  27 və 22 yaşlı qızlarını tanrılara qurban verərəq, öldürdüklərini etiraf ediblər. 

Onlar bir müddət qızlarını ac-susuz qapalı otaqda saxlayıblar.  Daha sonra hər gün onları dəmir əşyalarla döyüblər.  Gündəlik davam edən proseslərdə valdeynlər qızlarını bu şəkildə "tanrıya qurban" verirmişlər.