Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndə heyəti COVID-19 virusunun mənşəyinin müəyyənləşdirilməsi üçün Çinin Uhan şəhərindəki dəniz məhsulları bazarında tədqiqat aparıb.

Unikal.org xəbər verir ki, ekspertlər bazarda koronavirusun yayılmasının səbəblərini müəyyənləşdirməyə çalışıblar.

Nümayəndə heyəti, həmçinin virusun mənşəyini aşkara çıxarmaq məqsədilə Uhandakı "Szinintan" xəstəxanasına və Hubeydəki hospitala baş çəkiblər.

Qeyd edək ki, ÜST-ün ABŞ, Avstraliya, Almaniya, Yaponiya, Böyük Britaniya, Rusiya, Niderland, Qətər, Vyetnamdan olan ekspert heyəti yanvarın 14-dən Çində səfərdədir.