Böyük Britaniya kraliçası II Yelizaveta iyunda G7 sammitindən əvvəl Bukinhem sarayında ABŞ prezidenti Co Baydeni və başqa dünya liderlərini qəbul edəcək.
Unikal.org xarici KİV-ə istinadla xəbər verir ki, Böyük Britaniya və ABŞ arasındakı münasibətləri inkişaf etdirmək üçün kral və hökumət məmurları tərəfindən hazırlanmış planlara uyğun olaraq qəbulda həmçinin Uels şahzadəsi, Kornuoll hersoginyası, Kembric hersoqu və hersoginyası da iştirak edəcəklər.
“Böyük Yeddilər”in (G7) növbəti sammiti Böyük Britaniya Kornuoll yarımadasının (Atlantik okeanı) Karbis-Bey kurort şəhərciyində iyunun 11-dən 13-ə qədər keçiriləcək.