Dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 102 milyonu ötüb.
Unikal.org xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Təşkilat qeyd edib ki, dünyada 2,2 milyon nəfərdən çox insan pandemiyanın qurbanı olub. Məlumata görə, pandemiya ərzində COVID-19-a yoluxma hallarının sayı 102 083 344-ə çatıb, koronavirusdan 2 209 195 pasiyent ölüb.
ABŞ dünyada virusa yoluxma hallarının sayına görə lider olaraq qalır. Birləşmiş Ştatlarda 25 milyondan çox insanda COVID-19 aşkarlanıb. Koronavirusa yoluxma halları üzrə siyahıda ikinci yerdə Hindistan (10,7 milyondan çox), üçüncü yerdə Braziliya (9 milyondan çox), dördüncü yerdə isə Rusiya (3,8 milyondan çox), beşinci yerdə Böyük Britaniya (3,7 milyondan çox) qərarlaşıb.