Türkiyənin İzmir şəhəri yaxınlığında zəlzələ baş verib.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, İzmirin Karaburun ilçəsi sahillərində, Egey dənizində yer silkələnməsi baş verib. Zəlzələ Rixter şkalası ilə 4,1 balla qiymətləndirilib.
Zəlzələnin ocağı yerin 24,46 kilometr dərinliyində yerləşib. İtki və dağıntı ilə bağlı məlumat verilməyib.