ABŞ-da ekstremal hava şəraiti ilə bağlı fövqəladə vəziyyət elan olunub.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın mərkəzi ştatlarında başlayan şiddətli qar yağışı və qar fırtınası sahil ştatları da əsarətinə alıb.
Paytaxt Vaşinqton şəhərində fövqəladə vəziyyət elan olunub. Burada qarın hündürlüyü 10 santimetrə çatıb. İnsanlara hava şəraiti ilə bağlı xəbərdarlıq edilib.