Ermənistanda məşhur silah şirkətinin rəhbəri David Qalstyan həbs edilib.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb. Belə ki, "Moston Engineering" şirkətinin rəhbəri, "Patron David" ləqəbli David Qalstyan həbs edilib.

Ona ümumilikdə 4 cinayət işi açılıb. D.Qalstyanın 1 milyon dollardan yuxarı məbləğdə silah satışında qanunsuzluqlara yol verdiyi bildirilib. Onun Ermənistan Müdafiə Nazirliyi və baş qərargahda vəzifəli şəxslərlə sövdələşərək orduya köhnə silahlar və normalara cavab verməyən keyfiyyətsiz hərbi sursat satdığı qeyd olunub. Hazırda araşdırmalar davam etdirilir.