Ermənistanda son sutkada 62 nəfərin COVID-19-a yoluxduğu qeydə alınıb.

Unikal.org xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 167 088-ya çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 4 nəfər artaraq 3 084-ə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 769 nəfərdir. İndiyədək 157 800 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 5 435 aktiv koronavirus xəstəsi var.