Yeni ortaya çıxan patentə görə, Çin texnologiya nəhəngi "Xiaomi"  beyin xəstəliklərini müalicə edəcək eynək hazırlayır. Eynəklərin uğurla istifadəyə verilib-verilməyəcəyi isə dəqiq deyil.

Unikal.org xəbər verir ki, yeni məhsul həm də istifadəçilərin gözlərini mavi işıqdan qoruyacaq.

Patentdəki məlumatlara görə, eynək şəfa siqnalları yayacaq. Bu şəfa siqnalı beyin xəstəliklərini, depressiya və narahatlıq kimi zehni vəziyyətləri, hətta göz yorğunluğunu aradan qaldıracaq. Siqnallar ultrabənövşəyi, infraqırmızı olaraq təqdim edilə bilər.

Ağıllı eynəklər vizual siqnallarla yanaşı səs siqnalları da göndərə biləcəklər. Həmçinin elektromaqnit dalğaları yayan eynəklər beyindəki qan axınını tənzimləyə biləcək.