Ermənistan Müdafiə Nazirliyi mətbuat xidmətinin keçmiş rəhbəri Arsrun Ovanisyan müharibə barədə danışıb.
Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, A.Ovanisyan müharibədən sonra ilk dəfə brifinq keçirib. O qeyd edib ki, müharibənin gedişi ilə bağlı bəzi şeyləri hələ də anlaya bilmir.
"Mənə bəzi məlumatları yanlış verirdilər. Düzünü demək lazımdırsa, hərbi əməliyyatlar zamanı bir çox məsələni başa düşmürdüm. Bəzi şeyləri hələ də anlaya bilmirəm. Bir çox mövzu haqqında müharibədən sonra hər gün yeni informasiyalar alıram. 6 noyabrdan sonra vəziyyət mürəkkəbləşmişdi", - deyə A.Ovanisyan bəyan edib.