Yaponiyada illərdir saxlanılan cinayət işinin üstü açılıb.
Unikal.org xəbər verir ki, Tokiada yaşayan 48 yaşlı qadın 10 il əvvəl anasını öldürüb. Daha sonra anasının cəsədini soyuducuya yerləşdirib. İllərdir anasından xəbər almadığını və onun itkin düşdüyünü bildirən qadınının cinayəti təsadüfən açılıb.
Belə ki, qadın kirayə haqqını ödəyə bilmədiyi üçün ev sahibi tərəfindən çıxarılıb. Evi əliboş tərk edən qadın ərazidən tez bir zamanda uzaqlaşıb. Ev sahibi evə baxış zamanı soyuducuda cəsəd aşkar edib. Polis qrupları hadisə yerinə gələrək araşdırma işlərinə başlayıb. İlkin olaraq cəsədin 10 il əvvəl öldürülərək soyuducuda saxlanıldığı məlum olub.
Faktla bağlı cinayət işi açılıb.