ABŞ-ın Nyu York şəhərinin hava limanlarında gözlənilən qar çovğunu ilə əlaqədar yüzlərlə aviareys təxirə salınıb.
Unikal.org-un məlumatına görə, şəhər meri Bill de Blazio fövqəladə vəziyyət elan edib.
Qeyd olunur ki, Nyu Yorkun Kennedi hava limanında 154 aviareys və ya bütün uçuşların 72 faizi, La-Quardia hava limanında 106 reys (92 faiz) təxirə salınıb.
Bundan başqa, Nyu Cersinin Liberti hava limanında 162, Bostonda 56 reys təxirə salınıb.
Nyu Yorkda gün ərzində aramsız qar və güclü küləyin olacağı proqnozlaşdırılıb. Bəzi yerlərdə qar örtüyünün 50 santimetrədək çatacağı gözlənilir.