Koronavirus pandemiyasına görə İngiltərə Milli Səhiyyə Xidmətinə (NHS) milyonlarla pul bağışlayan 100 yaşlı Tom Moore xəstəxanaya qaldırılıb.
Unikal.org xəbər verir ki, II Elizabetdən "cəngavər titulu" alan II Dünya Müharibəsi veteranı Kapitan Tom Moore koronavirusa yoluxub. Bununla da o, İngiltərənin Bedford Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətinin stabil olduğunu, amma kapitanın virus əleyhinə vaksin vurdurmayacağını qeyd ediblər.