Rusiyalı məşhur şair Viktor Koval həyatını itirib.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, şair bu gün 73 yaşında dünyasını dəyişib.

V.Koval Dmitri Priqov, Timur Kibirov və Lev Rubinşteynlə birgə məşhur "Almanax" şair qrupunun üzvü idi. Onun şeirləri "Znamya", "Teatralnaya Jizn", "Esquire", "Novaya Qazeta" kimi nəşrlərdə və jurnallarında dərc olunurdu. Həmçinin şairin əsərləri Rusiyadan kənarda çap olunan antologiyalarda da yer alıb.

Viktor Kovalın dəqiq ölüm səbəbi barədə məlumat verilməyib.