Ermənistanda baş nazirliyə daha bir namizəd irəli sürülüb.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, müxalif Alyans Partiyası keçirilməsi ehtimal olunan erkən parlament seçkilərinə qatılacağını bəyan edib.

Bu barədə partiya sədri Tiqran Urixanyan məlumat verib. T.Urixanyanın keçirdiyi brifinqdə həmçinin özünün baş nazirliyə namizəd olması da açıqlanıb. O qeyd edib ki, proporsional sistemlə keçirilən parlament seçkilərində iştirak edən partiyaların baş nazirliyə namizədi avtomatik olaraq partiya sədri olur.

"Ölkədəki böhranlı vəziyyətdən çıxış yolu parlament seçkilərinin keçirilməsi və formalaşacaq hakimiyyətə ictimai təzyiqdən keçir. Bunun üçün planlarımız var. Hakimiyyətə gəlsək, bu planları icra edəcəyik", - deyə T.Urixanyan bəyan edib.