Qırğızıstanda parlament koalisiyası Uluqbek Maripovu baş nazir vəzifəsinə təsdiqləyib.
Unikal.org “TASS”a istinadən xəbər verir ki, onun namizədliyi “Respublika-Ata Jurt” fraksiyası tərəfindən irəli sürülüb.
40 yaşlı Maripov hazırda Hesablama Palatasına rəhbərlik edir. Bundan əvvəl o, eks-prezident Almazbek Atambayevin köməkçisi olub və eyni zamanda dövlət başçısının administrasiyasında çalışıb.
Yeni kabinetin tərkibi və strukturu ilə bağlı məsələnin 3 fevralda parlamentə təqdim ediləcəyi gözlənilir.