Türkiyənin Milli Müdafiə Nazirliyi videokonfrans yolu ilə toplantı gerçəkləşdirib.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində məlumat verilib.
Toplantıya nazir Hulusi Akar rəhbərlik edib. Türkiyə silahlı qüvvələrinin baş qərargah rəisi Yaşar Güler və digər generallar da toplantıya qatılıb. Həmçinin iştirakçılar arasında Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin türk hərbi kontingentində təmsil olunan general da iştirakçılar arasında olub.
Millî Savunma Bakanı Hulusi Akar, video telekonferans yöntemiyle toplantı gerçekleştirdi. Gnkur. Bşk. Org. Yaşar Güler, Kuvvet Komutanları ve Bakan Yardımcılarının da katıldığı toplantıya Türkiye-Rusya Ortak Merkezi'nde görevli Türk general de bağlandı.https://t.co/JI46iNTjRs pic.twitter.com/r26600ws7S
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) February 1, 2021