Almaniya Federativ Respublikasının kansleri Angela Merkel koronavirus pandemiyası ilə bağlı tədbirlərdən və vaksinasiya prosesindən danışıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Merkel ölkədə ümumilikdə 73 milyon vətəndaşın koronavirusa qarşı vaksinə ehtiyac duyduğunu bildirib. O qeyd edib ki, Avropa Birliyi 3 şirkətin vaksinini təsdiqləyib.

"Yayın sonunadək hər Almaniya vətəndaşına vaksin təqdim edə biləcəyik. Bu sahədə müəyyən yavaşlamalar var idi, hazırda aradan qaldırılıb", - deyə Almaniya kansleri söyləyib.