“Fənərbaxça” klubu futbolçusu Nabil Dirarı icarəyə verib.
Unikal.org xəbər verir ki, mərakeşli yarımmüdafiəçi mövsümün sonuna qədər “Brügge”də çıxış edəcək. Bu barədə Belçika təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Dirar 2017-ci ildən “Fənərbaxça”da çıxış edirdi. Cinah oyunçusu Super Liqa klubunda 89 oyunda 8 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.