Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu "Haber Global" ekranlarında yayımlanan "Sadəcə danışdım" verilişində qonaq olub.
Unikal.org xəbər verir ki, gündəmdəki bir çox mövzuda qiymətləndirmə aparan Soylu diqqət çəkici açıqlamalar verib.
Belə ki, aparıcının, "Prezident Ərdoğan siyasətdən getdikdə nə edəcəksiniz?" sualına, "Tayyib Ərdoğan siyasətdən getdiyi andan etibarən, məndə siyasətdə olmayacam",- deyə Soylu cavab verib.
Daaha sonra "Mən də Türkiyənin Tanrısı, bunu həyata keçirən komandada olduğum üçün milyonlarla dəfə Allaha şükür edirəm. Mənim üçün bundan daha böyük bir şərəf yoxdur. Mən də bu heyətin lideri Rəcəb Tayyib Ərdoğanın həmkarıyım və yoldaşıyam", deyə fikirlərini ifadə edib.