Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan seçkilərdə iştirak edəcəyini açıqlayıb.
Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, Seyran Ohanyan hansı siyasi qüvvə ilə seçkilərə getdiyini hələ qərarlaşdırmayıb.
"Keçiriləcək növbəti seçkilərdə iştirak edəcəyəm. Hansı siyasi qüvvə ilə seçkilərə qatılacağım barədə yekun qərarımı açıqlayacağam", - deyə Ohanyan bildirib.
Qeyd edək ki, Ermənistanda seçkilərə qatılacağını açıqlayan siyasi qüvvələrin və ayrı-ayrı ictimai xadimlərin sayı artır.