Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab görüşlərinə start veriləcək.
Unikal.org xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
“Qəbələ” son ölkə çempionu “Qarabağ”ı qəbul edəcək. İlk görüşdə Ağdam təmsilçisi 3:1 hesablı qələbə qazanıb. Meydan sahiblərinə mərhələ adlamaq üçün minimum 2 cavabsız qolla qalib gəlmək lazımdır.
Günün digər matçı “Səbail”lə “Sumqayıt” arasında baş tutacaq. Səfərdə rəqibini minimal hesabla məğlub etmiş paytaxt klubuna cavab görüşündə heç-heçə də kifayət edir.
Bu iki cütün qalibləri yarımfinalda bir-biriləri ilə görüşəcək.
Qeyd edək ki, ilk oyunda “Qarabağ” evdə “Qəbələ”ni 3:1, “Səbail” isə səfərdə “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edib. Bu mərhələnin digər matçlarında “Keşlə” “Kəpəz”in, “Neftçi” “Zirə”nin qonağı olacaq. Hər iki qarşılaşma fevralın 7-də baş tutacaq.
Azərbaycan kuboku
Yarımfinalın cavab oyunları
6 fevral
15:00. “Qəbələ” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Namiq Bəkirov.
Qəbələ şəhər stadionu, 15:00.
18:00. “Səbail” – “Sumqayıt”
Hakimlər: Orxan Məmmədov, Cavanşir Yusifov, Vüqar Bayramov, Nicat İsmayıllı.
Bakı. “ASCO Arena”.