Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulacaq.
Unikal.org xəbər verir ki, sonuncu cavab görüşlərindən sonra bütün yarımfinalçılar müəyyənləşəcək.
Günün ilk matçında "Kəpəz" "Keşlə"ni qəbul edəcək. Gəncə təmsilçisi ilk görüşdə paytaxt təmsilçisinə 0:1 hesabı ilə uduzub.
İkinci görüşdə "Zirə" "Neftçi" ilə üz-üzə gələcək. Flaqman ilk matçda rəqibinə minimal hesabla məğlub olub. Bu cütün qalibi yarımfinalda "Kəpəz" - "Keşlə" duelinin güclüsü ilə qarşılaşacaq.
Azərbaycan Kuboku, 1/4 final
Cavab görüşləri
7 fevral
14:30. “Кəpəz” – “Keşlə”
Gəncə şəhər stadionu
İlk oyun - 0:1
17:30. “Zirə” – “Neftçi”
Zirə İdman Kompleksinin stadionu
İlk oyun - 1:0
Qeyd edək ki, ilk oyun günündə "Qarabağ" "Qəbələ"ni 3:0, "Sumqayıt" isə "Səbail"i 2:1 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.