UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində İngiltərə "Liverpul"u ilə Almaniya "Leyptsiq"i arasındakı oyunun yeri açıqlanıb.
Unikal.org xəbər verir ki, qarşılaşma Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da keçiriləcək.=
Matçın yerinin dəyişdirilməsinə Almaniyanın koronavirusa görə fevralın 17-dək İngiltərəyə uçuşları dayandırması səbəb olub.
Qeyd edək ki, görüş fevralın 16-da baş tutacaq.