Yaponiya Rusiya ilə mübahisəli ərazi olan Kuril adaları ilə bağlı Rusiyayla dialoqa hazır olduğunu bəyan edib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiyanın baş naziri Yoşihide Suqa bu barədə danışıb.
1855-ci ildə imzalanmış adaların Yaponiya ərazisi olduğunu tanıyan Rusiya-Yaponiya anlaşmasının ildönümündə yaydığı mesajda ölkəsinin Rusiya ilə bu mövzuda dialoqa hazır olduğunu bildirib. Baş nazir həmçinin II Dünya Müharibəsindən sonra tərəflər arasında bağlanmış sülh müqaviləsini xatrladıb.
Qeyd edək ki, 1 300 kilometr boyunca Sakit okeanın Avrasiya sahilləri boyunca uzanan Kuril adaları arxipelaqdır. 1945-ci ildə SSRİ tərəfindən ilhaq edilən bu ərazi Yaponiyada "Şimal Torpaqları" adlandırılır. İndiyə qədər dəfələrlə müzakirə və dialoq olsa da, tərəflər yekun razılığa gələ bilməyiblər. Hazırda adalar Rusiyanın nəzarəti altında olan ərazidir.