Türkiyə ordusunun İraqın şimalındakı Qara bölgəsində başlatdığı “Pəncə Qartal-2” adlı antiterror əməliyyatında yaralanan zabit Ertuğ Güler şəhid olub.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Hərbçi fevralın 10-da terrorçularla qarşıdurma zamanı yaralanıb, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Nazir Hulusi Akar şəhdin ailəsinə başsağlığı verib: "Qəhrəman şəhidimizə Allahdan rəhmət diləyir, ailəsinə və millətimizə başsağlığı verir, səbr arzulayıram".
Xatırladaq ki, dünənki əməliyyatda 2 türk əsgərinin şəhid olduğu, 4 əsgərin yaralandığı bildirilirdi.