Rusiyanın Stavropol şəhərində xəstəxanada bədbəxt hadisə yaşanıb.   

Unikal.org xəbər verir ki, xəstəxanada doğuş edən qadına övladlarının ölü olduğu deyilib.  Belə ki, əkiz dünyaya gətirən qadına narkoz verilib. Daha sonra o özünə gəldikdən sonra həyat yoldaşına zəng edərək, məlumat verib.  Xəstəxanaya gələn həyat yoldaş əkizlərinin cəsədini istəyib.  Lakin xəstəxana işçiləri körpələri dəfn etdiklərini bildiriblər.  

Bununla razılaşmayan ata, əkizlərin dəfn olunduğu əraziyə gedərək, qəbrləri açdırıb. Hadisə yerinə polislə gedən ata gördüklərinə inanmayıb. Onlar əkizlərin əvəzinə kəfənə bükülmüş iki oyuncaq kukla aşkarlayıblar.  

Xəstəxana işçilərinin sağ olan əkizləri gizlətdiklərini və ailə yalnış məlumat verdikləri üçün ata onları polisə şikayət edib.  Hadisə ilə  istintaq işləri başladılıb.

Polis itkin əkizlərin axtarışına başlayıb.