Dünyanın ən böyük qızıl xəzinələrindən biri olan Baqtriya xəzinəsi Əfqanıstan Prezident Sarayında sərgilənəcək.
Unikal.org xəbər verir ki, bu barədə Əfqanıstanın Mədəniyyət Nazirliyi məlumat yayıb.
Məlumatda, 21145 saf qızıl parçasından ibarət əvəzsiz qədim Baqtriya xəzinəsinin Əfqanıstan Prezident Sarayında nümayiş etdiriləcəyi açıqlanıb.
Xəzinənin milyardlar dollar dəyərində olduğunu vurğulayan Nazirlik, qısa müddətdə xaricə sərgilənməyə göndəriləcəyini də söyləyib. Baqtriya qızıl kolleksiyası son 13 ildə 13 ölkənin 29 muzeyində sərgilənib. Bu il Əfqanıstanda sərgilənəcək olan xəzinə ölkəyə 4,5 milyon dollar gəlir gətirəcəyi planlaşdırılıb.
Qeyd edək ki, Əfqanıstandakı dünyanın ən böyük qızıl xəzinələri arasında yer alan Baqtriya xəzinəsi, 40 il əvvəl Şimali Valnutjan vilayətindəki Tela Tapa bölgəsində aşkar edilib. Həmçinin arxeoloqlar xəzinə ilə birlikdə 7 cəsəd də şkar ediblər.