Türkiyədə bıçaqlanma hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, küçənin ortasında mübahisə edən ata və 16 yaşlı qızı arasında mübahisə böyüyüb. Bu zaman ata üzərində daşıdığı bıçaqla qızını boğazından yaralayıb. 

Hadisədən sonra ata ərazidən sakitcə uzaqlaşıb. Qızını yaralı halda küçədə  buraxan atanın gedişi təhlükəsizlik kameralarına anbaan əks olunub. 

Ətrafdakıların köməyi ilə xəstəxanaya yerləşdirilən qızın səhhəti stabildir. Polis cinayətkar atanın axtarışına başlayıb.