İtaliyada 86 yaşlı qadın koronavirusa yoluxduqdan sonra damarlarında qan laxtası kimi tanınan qanqrenoz olduğu aşkar edilib. 

Unikal.org xəbər verir ki, qanqrena səbəbindən qadının 3 barmağı kəsilib. Həkimlər xəstənin vəziyyətini koronavirusun "ciddi təsiri" kimi xarakterizə ediblər. 

Belə ki, virusun damarlarda obstruksiya yaratdığından tam əmin olmadıqlarını, bunun koronavirusla meydana gələn "sitokin fırtınası" adlanan immunitet aşırı reaksiyasının mümkün nəticəsi olduğunu ifadə etdilər. İmmunitet reaksiyasının həddindən artıq sürətlənməyə başladığı zaman sağlam toxuma zərər verdiyini və zədələnmiş damarlarda qan təzyiqi azalmasına və laxtalanma artımına səbəb olduğu ifadə ediblər.