Ermənistan parlamentinin deputatı, müxalif Çiçəklənən Ermənistan Partiyasının üzvü Taron Semyonyan Nikol Paşinyanı və komandasını sərt tənqid edib.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, deputat hakimiyyətin fəaliyyətini "antimilli" adlandırıb.

Azərbaycanla sərhədyanı kəndlərdə vəziyyətin ağır olduğunu deyən erməni müxalifətçi bütün bunlara görə məsuliyyəti Paşinyan hakimiyyətinin daşıdığını deyib.

"Hakimiyyət satqınlıqla məşğuldur. Paşinyan hakimiyyəti antimillidir", - deyə deputat bəyan edib.