Türkiyənin ilk insansız hərbi dəniz nəqliyyatı istehsal edilib.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, "ULAQ" adlanan hərbi dəniz nəqliyyatı kapitan olmadan idarə olunur.
Saatda 65 kilometr sürətlə hərəkət edə bilən nəqliyyat vasitəsi silah və hərbi texnika ilə də təchiz olunub və döyüş qabiliyyətinə malikdir. 400 kilometr radius boyunca ətrafı nəzarətdə saxlaya bilən "ULAQ" gecə-gündüz müşahidə, kommunikasiya və məlumat ötürmə, kəşfiyyat, asimmetrik döyüş, mühafizə, açıq döyüş və digər fəaliyyətlərdə istifadə oluna bilər.
Çoxfunksiyalı hərbi vasitə qurudan və uzaq hərbi qərargahdan idarə oluna bilər.