Yerevanda fevralın 13-də 4,7 bal gücündə zəlzələ olub.

Unikal.org xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb.

Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 15.28-də baş verib. Zəlzələ bir neçə saniyə davam edib. Şəhərin müxtəlif hissələrindəki çoxmərtəbəli binaların sakinləri vahimələnərək küçəyə çıxıb.

Yeraltı təkanların ocağı 2 km dərinlikdə yerləşib. Zələlə ocağı Yerevandan 12 km uzaqda olub.