““Bəsitçay” Dövlət Təbiət Qoruğunda çinar ağaclarını əkdik. “Bəsitçay” qoruğu  1974-cü ildə ulu öndər  Heydər Əliyevin tapşırığı ilə yaradılmışdır.  Və 100 hektardan çox ərazidə unikal çinar ağacları əkilmişdi. Dövlət tərəfindən qorunurdu. Bu unikal çinar ağacları meşəsi idi. İşğaldan sonra mənfur düşmən çinarların böyük hissəsini kəsib doğrayıb, talayıb və yandırıb".
 
Unikal.org
xəbər verir ki, bu sözləri Zəngilan rayonuna səfər edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib. Prezident Zəngilanda da erməni vandalizminin müşahidə olunduğu bildirib.

Qeyd edək ki, dövlət başçısının videogörüntülərini Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün Feysbuk səhifəsində paylaşıb.