"Zəngilan rayonunda birinci "Ağıılı kənd" layihəsi icra ediləcək. Bu gün layihəyə start verilir".

Unikal.org xəbər verir ki, bunu işğaldan azad edilmiş Zəngilan rayonuna səfər edən Prezident İlham Əliyev deyib.

Prezident bildirib: "Artıq ilkin araşdırmalar aparılıb. Bu dağılmış Ağalı kəndidir və birinci bərpa olunacaq məhz bu kənddir".

Dövlət başçısının videogörüntülərini Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün İnstagram səhifəsində paylaşıb.